İncəsənət üzrə yeni dərsliklər hazırlanacaq
Son iki ilin mühüm istiqamətlərindən biri də incəsənət təhsilində tədris məzmununun yenilənməsi olub.
"Azərbaycan müəllimi" "Report"a istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və təhsil komitəsinin "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirdiyi ictimai dinləmə çıxışı zamanı deyib.
Nazir bildirib ki, əksər ixtisaslar üzrə tədris proqramları yenilənib:
"Həmçinin bütün ixtisaslar üzrə tədris planları müasirləşdirilib. Eləcə də ilk dəfə olaraq incəsənət məktəbləri üçün fortepiano ixtisası üzrə dərslik hazırlanıb. Bu dərslik incəsənət təhsilində vahid metodoloji yanaşmanın formalaşdırılması baxımından mühüm addım hesab olunur. Hazırda digər ixtisaslar üzrə də yeni dərsliklərin hazırlanması istiqamətində işlər davam etdirilir".



