“İnformatika fənninin məzmununda yeniliklər” adlı vebinar keçiriləcək

16 Oktyabr, 2024 - 12:42

21 oktyabr tarixində saat 20:00-da Təhsil İnstitutunun Təbiət və texniki fənlərin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmovun moderatorluğu ilə “İnformatika fənninin məzmununda yeniliklər” adlı vebinar keçiriləcək.

Bu barədə institutdan “Azərbaycan müəllimi”nə məlumat verilib. Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.