"İnnovasiya və süni intellekt" üzrə təqaüd proqramına 2 minə yaxın müraciət olub
"25 gənc “İnnovasiya və süni intellekt” üzrə təqaüd proqramından yararlanır".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Azərbaycan Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, gənclərin bu istiqamətdə bilik və bacarıqlarının artırılması, təşəbbüslərinin dəstəklənməsi Gənclər Fondunun prioritet istiqamətlərindən biridir:
"2026-cı ildə elan edilən "İnnovasiya və süni intellekt" üzrə təqaüd proqramına 2 minə yaxın müraciət olub. Seçilmiş 25 nəfər gənc bu təqaüd imkanından istifadə edir".
N. Şükürov qeyd edib ki, gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edilib: "Müsabiqənin 7 mövzusundan biri də məhz rəqəmsal gələcək, innovasiya və süni intellektlə bağlıdır. Gənclər bu mövzuda layihə təkliflərini Gənclər Fonduna təqdim edərək qrant əldə edə, öz təşəbbüslərini həyata keçirə bilərlər".


