İnsan embrionları patent obyektləri kimi qəbul edilməyəcək – QANUN TƏSDİQLƏNDİ
İnsanın klonlaşdırılması üsulları və onun klonu patent obyektləri kimi qəbul edilməyəcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin yeni təsdiqlədiyi “Patent haqqında” qanunda öz əksini tapıb.
Qanuna əsasən, insanın klonlaşdırılması üsulları və onun klonu, insanın rüşeym xəttinin hüceyrələrinin genetik tamlığının modifikasiyası üsulları, insan embrionlarının sənaye məqsədləri üçün istifadə edilməsi patent obyektləri kimi qəbul edilmir.



