“İqtisadiyyat müsabiqəsi”nin “Milli tur” mərhələsi yekunlaşıb

2 İyun, 2026 - 12:23
“İqtisadiyyat müsabiqəsi”nin “Milli tur” mərhələsi yekunlaşıb

Ümumi təhsil müəssisələrinin 9–11-ci sinif şagirdləri arasında təşkil olunan “İqtisadiyyat müsabiqəsi”nin “Milli tur” mərhələsi yekunlaşıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nə bildirilib ki, bu mərhələdə ölkə üzrə 95 məktəbdən 292 şagird iştirak edib.

Açıq və qapalı tipli suallardan ibarət imtahanda məktəblilər iqtisadiyyat sahəsi üzrə nəzəri biliklərini, eləcə də analitik düşünmə bacarıqlarını nümayiş etdiriblər.

“Milli tur”un nəticələrinə əsasən uğur qazanan şagirdlər Yunanıstanda keçiriləcək “Beynəlxalq Final Tur”da ölkəmizi təmsil etmək hüququ qazanıblar.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi şagirdlər arasında iqtisadi savadlılığın artırılması, analitik və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi, həmçinin beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edəcək gənclərin müəyyənləşdirilməsidir.