İşğaldan azad edilmiş ərazilərdə regional imtahan mərkəzi yaradılacaq

24 İyun, 2026 - 10:44
İşğaldan azad edilmiş ərazilərdə regional imtahan mərkəzi yaradılacaq

"Qarabağda açılan hər bir yeni məktəbdə də buraxılış imtahanları təşkil olunur. Hətta cəmi üç məzun olsa belə həmin məktəbdə də buraxılış imtahanı keçiririk". 

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Baku TV" televiziya kanalına birgə müsahibəsində bildirib.

M.Abbaszadə bildirib ki, ikinci mərhələnin imtahanları da Qarabağda təşkil edilir: "Hazırda magistraturaya və dövlət qulluğuna qəbul ilə bağlı elektron imtahanlar üçün Qarabağ Universiteti ilə danışıqlar aparılır. Elektron imtahanların təşkili üçün Qarabağ Universitetinin maddi-texniki bazası kifayət qədər yaxşıdır və istəyirik ki, həmin imtahanları orada keçirək".

Sədr həmçinin qeyd edib ki, gələcəkdə şagirdlərin və məzunların sayı artdıqca işğaldan azad edilmiş ərazilərdə regional imtahan mərkəzinin yaradılması nəzərdə tutulur.