İşğaldan azad olunmuş ərazilərdə yeni məktəblər açılacaq
Növbəti tədris ilindən işğaldan azad olunmuş ərazilərdə yeni məktəblərin açılması nəzərdə tutulur.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı söyləyib.
O bildirib ki, həmin ərazilərdə ən azı 10-a yaxın məktəbin açılması gözlənilir.
"Xankəndidə 2-ci bir məktəbin də açılması, həmçinin Ağdam, Zəngilan və digər yerlərdə də yeni məktəblərin açılması planlaşdırılır. Buralarda həm kənd, həm də şəhər məktəbləri açılacaq".



