İşğaldan azad olunmuş ərazilərimizdə ilk "İT təlimləri" keçirilib

18 Noyabr, 2024 - 14:16

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Start İT təlim mərkəzinin əməkdaşlığı, "Böyük Qayıdış" Gənclər Təşkilatının dəstəyilə Laçın və Zəngilan bölgələrində "İT-nin əsasları və rəqəmsal bacarıqlar" mövzusunda təlim keçirilib.  

“Azərbaycan müəllimi” xəbər verir ki, təlimdə təşkilatçı qurumun, xüsusi nümayəndəliyin əməkdaşları və digər qonaqlar iştirak ediblər. 

Bildirilib ki, təlimlərdə ümumilikdə 40 nəfər iştirak edib. Qeyd olunub ki, təşkil olunan  kurs iştirakçılara yeni karyera imkanları və peşəkar nailiyyətlər dünyasına qapılar açmağa imkan yaradacaq. 

İki ay davam edən təlimlər yekunlaşıb və iştirakçılara sertifikatlar təqdim edilib.