ADPU-CVU ikili diplom proqramının iştirakçıları Qarabağa səfər ediblər

9 Sentyabr, 2026 - 12:43
ADPU-CVU ikili diplom proqramının iştirakçıları Qarabağa səfər ediblər

ADPU-CVU ikili diplom magistratura proqramının ADPU üzrə direktoru Tofiq Əhmədovun rəhbərliyi ilə proqramın bir qrup tələbə, məzun və müəllim heyətinin Qarabağa səfəri təşkil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, sSəfər çərçivəsində iştirakçılar Qarabağ Universitetində olublar və ali təhsil müəssisəsinin fəaliyyəti ilə tanış olublar.

Görüş zamanı Qarabağ Universitetində çalışan proqramın 5  məzunu ilə görüş keçirilib. Görüşdə məzunların Qarabağ Universitetindəki fəaliyyəti, iş təcrübəsi və universitetdə həyata keçirilən proseslər barədə müzakirələr aparılıb.
Səfər çərçivəsində, həmçinin tələbə və məzunların Qarabağ Universitetində mövcud olan iş və peşəkar fəaliyyət imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.