İstedadlı şagirdlər üçün eksternat imtahanın nəticələri AÇIQLANDI
Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı təhsilalanlar üçün eksternat qaydasında keçirilən imtahanların nəticələri bəlli olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, eksternat qaydasında Bakı şəhəri üzrə keçirilən imtahanların nəticələrinə əsasən, ibtidai təhsil səviyyəsi üzrə 1 və tam orta təhsil səviyyəsi üzrə 1 şagird olmaqla, ümumilikdə 2 şagird uğur əldə edib. Müsabiqədən uğurla keçən şagirdlər müvafiq olaraq cari tədris ilinin ikinci yarım ilindən etibarən bir sinif yuxarı sinifdə təhsillərini davam etdirmək imkanı qazanıblar.



