IX qrant müsabiqəsi - Qəbələdə "InnoSchool" layihəsinin açılış tədbiri keçirilib

29 Dekabr, 2025 - 17:07
IX qrant müsabiqəsi - Qəbələdə "InnoSchool" layihəsinin açılış tədbiri keçirilib

Dekabrın 26-da Qəbələ rayon Şirvan Bulqədirov adına 5 nömrəli tam orta məktəbdə “Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib layihələrindən biri olan "InnoSchool" layihəsinin açılış tədbiri keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Layihə rəhbəri Yasəmən Əkbərova təqdimatında layihənin məqsədi və görüləcək işlər barədə geniş məlumat verib.  Qeyd olunub ki, layihənin məqsədi Qəbələ rayon Müşfiq Murtuzov adına Tüntül kənd tam orta məktəbində, eyni zamanda yaxın məktəblər olan Vəndam qəsəbə Hikmət Rəşidov adına 2 nömrəli və Bunud kənd tam orta məktəbində təhsil alan şagirdlərin “Texnofest”, “Sabahın Alimləri” və “STEAM Azərbaycan” kimi intellektual müsabiqələrdə iştirak imkanlarını genişləndirmək, elmi-texnoloji bacarıqlarını inkişaf etdirmək və mentor dəstəyi ilə onların bu sahədə uğur qazanmasını təmin etməkdir. 

Tədbirdə  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova, Qəbələ rayon Təhsil Sektorunun müdiri Arifə Bayramova, Qəbələ rayon Şirvan Bulqədirov adına 5 nömrəli tam orta məktəbin direktoru Zərnişan Ağamirzəyeva, Vəndam qəsəbə Hikmət Rəşidov adına tam orta məktəbin direktoru İradə Cəlilova, Qəbələ rayonu üzrə IX qrant müsabiqəsində qalib olmuş respientlər və digər müəllimlər iştirak edib.