IX siniflərin buraxılış imtahanının nəticəsi nə vaxt elan ediləcək? – DİM sədri açıqladı

23 May, 2025 - 13:16
IX siniflərin buraxılış imtahanının nəticəsi nə vaxt elan ediləcək? – DİM sədri açıqladı
IX siniflərin buraxılış imtahanının nəticəsi nə vaxt elan ediləcək? – DİM sədri açıqladı

Aprelin 13-də baş tutan 9-cu siniflərin buraxılış imtahanın nəticələri bu gün açıqlana bilər.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə məlumat verib.

“Proses esselərin yoxlanılmasına görə yubanıb, amma mənə məlumat verilib ki, bu gün yekunlaşacaq”, - deyə M.Abbaszadə bildirib.