İxtisas seçiminin nəticələri ilə bağlı DİM-dən AÇIQLAMA

24 Avqust, 2026 - 11:48
İxtisas seçiminin nəticələri ilə bağlı DİM-dən

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başa çatdıqdan sonra abituriyent və subbakalavrları növbəti mərhələnin, yəni yerləşdirmənin nəticələrinin nə vaxt açıqlanacağı maraqlandırır.

"Azərbaycan müəllimi" xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, ali təhsil müəssisələrinə yerləşdirmə prosesi başa çatdıqdan dərhal sonra qəbul nəticələri elan olunacaq.