İxtisas seçiminin nəticələri nə vaxt AÇIQLANACAQ?

19 Avqust, 2026 - 12:32
İxtisas seçiminin nəticələri nə vaxt

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən abituriyent və subbakalavrlar üçün ixtisas seçimi bu gün başa çatır. 

"Azərbaycan müəllimi" xəbər verir ki, namizədlər bu gün saat 23:59-dək “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil olaraq seçdikləri ixtisasları təsdiqləməlidirlər.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçiminin nəticələri növbəti həftə ərzində elan olunacaq.