Karate üzrə “Lankaran Open” turniri keçirilib

10 İyun, 2026 - 10:34
Karate üzrə “Lankaran Open” turniri keçirilib

Azərbaycan Karate Federasiyası, Lənkəran–Astara Gənclər və İdman İdarəsi və “Xəzər” İdman Klubunun birgə təşkilatçılığı ilə “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”nə həsr olunmuş karate üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında “Lankaran Open” turniri keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində baş tutan yarışda 100-ə yaxın oğlan və qız idmançı öz güclərini sınayıb.

Turnirdə Bakıdan 4 klub, Sumqayıtdan 2 klub, Gəncədən 3 klub, Şəkidən 2 klub, Lənkəran–Astara regionundan isə 1 klub olmaqla ümumilikdə 12 klub iştirak edib.

Yarışda Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, Lənkəran–Astara Gənclər və İdman İdarəsinin nümayəndələri, Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsi, şəhid ailələri, qazilər, fəxri qonaqlar, məşqçilər, idmançılar, hakimlər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.