Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlim keçəcək

4 Sentyabr, 2026 - 14:25
Kembric Universitetinin ekspertləri  Azərbaycan İdman Akademiyasında təlim keçəcək

Azərbaycan İdman Akademiyasında professor-müəllim heyətinin məzmunun inkişafı, müasir tədris və qiymətləndirmə strategiyaları üzrə bilik və bacarıqlarının artırılması məqsədilə beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər təşkil olunacaq.

"Azərbaycan müəllimi" xəbər verir ki, Kembric Universitetinin ekspertləri Ceyms Bidl 7–9 sentyabr tarixlərində “Effektiv qiymətləndirmə”, Dr. Reyçl Cefferson isə 10–14 sentyabr tarixlərində “Kurikulumun xəritələnməsi” mövzusunda təlimlər aparacaq.