Kollec tələbələri ABŞ-də təcrübə keçəcəklər
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) iki tələbəsi ABŞ-nin “Camphill Village USA” təşkilatının beynəlxalq təcrübə proqramına qəbul olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, kollecin "İnklüziv təhsil" ixtisasının III kurs tələbələri Firuzə Bayramova və Aidə Hüseynova proqram çərçivəsində ABŞ-də üç aylıq peşəkar təcrübə keçəcəklər. Onlar proqramın seçim və müsahibə mərhələlərini uğurla başa vuraraq beynəlxalq təcrübə proqramında iştirak hüququ qazanıblar.




