Könüllülərin 68%-i qadındır - AKTİ sədri
“İlin yekununda bütün istiqamətlər üzrə fəaliyyətlər 4 463 könüllünü əhatə edəcək. Onlardan 15 376 nəfəri kişi, 25 087 nəfəri qadındır. Faiz nisbətində könüllülərin 32%-i kişi, 68%-i qadındır. Beləliklə, könüllülük fəaliyyətində qadınların iştirakı xüsusi əhəmiyyət kəsb edir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) sədri Vüqar Əliyev “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumunda məlumat verib.
O bildirib ki, COVID-19 pandemiyası dövründə Azərbaycan könüllülərinin fəaliyyəti yüksək qiymətləndirilmiş və ölkədə fəaliyyət göstərən könüllü təşkilatların təşəbbüsü ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı yaradılmışdır: “İttifaqın əsas missiyası ölkədə könüllülük mədəniyyətinin davamlı inkişafını təmin etmək və vahid koordinasiya sistemini qurmaqdır. Prezident İlham Əliyevin çağırışı ilə geniş inkişaf edən könüllü hərəkatı bu gün ölkəmizin sosial inkişafının əsas istiqamətlərindən birinə çevrilmiş, demək olar ki, bütün dövlət qurumlarında nümunəvi model kimi tətbiq olunur.
Hazırda ittifaq ölkədə fəaliyyət göstərən 32 könüllü təşkilatı öz çətiri altında birləşdirir, təcrübə mübadiləsi və standartların yaradılmasına dəstək verir, həmçinin kadr bazasının formalaşdırılması və könüllərlə işləyən strukturun gücləndirilməsi istiqamətində fəaliyyət göstərir”, – deyə sədr qeyd edib.



