Tünzalə Vəliyeva: " IV “Maarifçi” tələbə-məzun forumunda bir sıra aktual məsələlər müzakirə olunub"

20 Noyabr, 2026 - 15:53
Tünzalə Vəliyeva: " IV “Maarifçi” tələbə-məzun forumunda bir sıra aktual məsələlər müzakirə olunub"

Bakıda IV “Maarifçi” tələbə-məzun forumu keçirilib.

“Azərbaycan müəllimi”nə danışan Maarifçi Tələbə-Məzun Proqramı İşçi Qrupunun katibi Tünzalə Vəliyeva bildirib ki, bu gün keçirilən “İnsan kapitalı və rəqəmsal gələcək əmək bazarında yeni dövr” mövzusunda IV “Maarifçi” tələbə-məzun forumunda əmək bazarının gələcək inkişafı ilə bağlı bir sıra aktual məsələlər müzakirə olunub.

Onun sözlərinə görə, müzakirələrin əsas istiqamətlərini rəqəmsal transformasiya, süni intellekt dövründə əmək bazarında baş verən dəyişikliklər, yeni kadrlara artan tələbat və müasir dövrün çağırışlarına uyğun mütəxəssislərin hazırlanması təşkil edib. Forum çərçivəsində bu istiqamətlər üzrə maraqlı panel müzakirələri aparılıb, iştirakçılar üçün aktual məsələlər ətrafında fikir mübadiləsi imkanı yaradılıb.

Tünzalə Vəliyeva qeyd edib ki, forum həm proqramın iştirakçıları, həm də tələbə və gənclər üçün əhəmiyyətli görüş olub: “Forumda maraqlı panel müzakirələr baş tutdu və düşünürəm ki, bütün maarifçilər, həmçinin tələbə və gənclər üçün faydalı və yadda qalan görüş oldu”.