Uşaqların energetik içkilərə marağı artır: Nəzarət gücləndiriləcək
Uşaqlar arasında energetik içkilərdən istifadə hallarının geniş yayılması xüsusi diqqət tələb edən məsələlərdəndir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirilib.
Qeyd edilib ki, Ombudsman Aparatı tərəfindən aparılan monitorinqin nəticələri və beynəlxalq təcrübənin təhlili onu deməyə əsas verir ki, Azərbaycan Respublikasında energetik içkilərin uşaqlar tərəfindən istifadəsinin qarşısının alınması üçün qüvvədə olan qanunvericiliyin və bununla bağlı mövcud nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var: "Aparılan araşdırma və vəziyyətin təkmilləşdirilməsinə dair hazırlanmış təkliflər aidiyyəti dövlət orqanlarına göndərilmiş və verilmiş cavab məktublarında qeyd edilən məsələlərin qurumların fəaliyyətlərində nəzərə alınacağı bildirilib".




