Koreya "Qonaq alim" proqramına qəbul ELAN EDİB

16 Yanvar, 2026 - 09:45
Koreya "Qonaq alim" proqramına qəbul

Koreya Respublikasının Kyungpook Milli Universiteti “Visiting Scholars” (Qonaq alimlər) proqramı çərçivəsində müraciətlərin qəbulunu elan edir.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, proqram qonaq alimlərə bakalavriat və ya magistratura səviyyəsində təhsil alan tələbələrə müvafiq fənlərin onlayn formatda tədrisinə imkan yaradır. Seçilən namizədlər 1 ay müddətində universitetin onlayn tədris prosesinə qoşulacaq, həmçinin Kyungpook Milli Universitetinin akademik təcrübəsi ilə yaxından tanış olmaq fürsəti əldə edəcəklər.

Proqrama müraciət üçün son tarix 30 yanvar 2026-cı ildir.

Ətraflı məlumat üçün elanla tanış ola bilərsiniz.
https://htp.edu.az/.../281fb824e02047edb3c394168409b1a4.pdf