Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
Koreya İnkişaf İnstitutunun (KDI) Dövlət Siyasəti və İdarəçiliyi Məktəbi (KDIS) tərəfindən 2027-ci ilin yaz semestri üzrə Azərbaycan vətəndaşları üçün magistratura və doktorantura proqramlarına qəbul elan edilir.
Bu barədə "Azərbaycan müəllimi"nə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarına dövlət siyasəti, inkişaf siyasəti, dövlət idarəçiliyi və əlaqəli ixtisas sahələri üzrə Koreya Respublikasının Seul şəhərində yerləşən KDIS-də əyani formada magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı yaradılır.
Təqaüd proqramına müraciət üçün son tarix 14 avqust 2026-cı il, Koreya vaxtı (GMT+9) ilə saat 18:00 müəyyən edilib.
Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz: https://view.officeapps.live.com/op/view.aspx...




