Koreya, Türkiyə və Çindən qəbul aldı, amma BANM-i seçdi

27 Oktyabr, 2026 - 10:26
Koreya, Türkiyə və Çindən qəbul aldı, amma BANM-i seçdi

Dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən qəbul alan azərbaycanlı gənc gələcək təhsilini ölkəmizdə davam etdirməyə qərar verib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərərək 667 bal toplayan Tamerlan Səfərov beynəlxalq səviyyədə böyük uğura imza atıb.

O, Cənubi Koreyanın köklü təhsil ocaqlarından olan Yonsei Universiteti, Türkiyənin ən yaxşı texniki ali məktəblərindən biri sayılan Orta Doğu Texnik Universiteti (ODTÜ) və Çinin nüfuzlu Tianjin Universitetindən rəsmi qəbul məktubları alıb. Gənc tələbə, hətta Tianjin Universitetində 4 illik bakalavr təhsili üçün 100% tam təqaüd qazanmaq hüququ da əldə edib.

Tamerlan Səfərovun seçimi isə Bakı Ali Neft Məktəbi (BANM) olub.

Hazırda BANM-də "Neft-qaz mühəndisliyi" ixtisası üzrə bakalavr təhsili alır.