Kubanıçbek Ömüralıyev: Dilçilik sahəsindəki əməkdaşlıq ölkələrimizi daha da yaxınlaşdıran ən vacib sahələrdəndir

15 May, 2026 - 16:53
Kubanıçbek Ömüralıyev: Dilçilik sahəsindəki əməkdaşlıq ölkələrimizi daha da yaxınlaşdıran ən vacib sahələrdəndir

Bu il Prezident İlham Əliyevin təşəbbüsü ilə 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyini qeyd edirik. Ortaq türk əlifbasının qəbul edilməsi, eləcə də UNESCO tərəfindən 15 dekabrın Ümumdünya Türk Dilləri Günü kimi təsis olunması 1926-cı ildə ilk dəfə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün tarixi addımlar hesab olunur.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömuralıyev Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında bildirib.

O qeyd edib: “Dilimiz xalqlarımızın ortaq irsidir. Buna görə də biz dilçilik sahəsindəki əməkdaşlığı ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıran ən vacib və güclü sahələrdən biri kimi görürük”.