Layihə

21 Fevral, 2025 - 11:39
Layihə
Layihə
Layihə
Layihə

Şahbuz rayon 1 nömrəli tam orta məktəbdə "Erkən öyrənmə icma əsaslı təlim qruplarının yaradılması" layihəsində 35 uşaq olmaqla iki qrup təşkil edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, layihə Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən "2024-2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili" qrant proqramı çərçivəsində Süleymanova Gülnarə tərəfindən icra edilir. Layihənin əsas məqsədi təhsildən kənarda qalan uşaqları alternativ yollarla məktəbəqədər təhsilə cəlb etməkdir. 

Layihə çərçivəsində tərbiyəçilər uşaqların sosial bacarıqlarını inkişaf etdirir, yeni biliklər öyrənmələri və yaradıcı düşünmə qabiliyyətlərini gücləndirirlər. Burada, həmçinin uşaqlar dostluq, əməkdaşlıq və komanda işi kimi həyati bacarıqları qazanırlar.