Lənkəran-Astara regionunun idmançıları Azərbaycan çempionatının qalibi oldular

18 Mart, 2026 - 13:33
Lənkəran-Astara regionunun idmançıları Azərbaycan çempionatının qalibi oldular

11–14 mart tarixlərində Qazax Olimpiya İdman Kompleksində keçirilən yunan-Roma güləşi üzrə yeniyetmələr arasında U15 Azərbaycan çempionatında Lənkəran-Astara regionunun idmançıları uğurla çıxış ediblər.

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, Şahmarov Pünhan (48 kq) çəki dərəcəsində I yerə layiq görülüb.

Ağakişi Bağıyev (38 kq), Məhəmməd Musalı (41 kq), Teymurov Azər (44 kq), Cəfərzadə Nəriman (52 kq) və Əsədli Zaur (48 kq) isə öz çəki dərəcələrində III yerə sahib olublar.

Sərbəst güləş üzrə keçirilən U15 Azərbaycan çempionatında isə Cəlilabad idmançısı Şükürlü Xəyal (75 kq) I yerə, Lənkəran idmançısı Əli İspərov (41 kq) isə III yerə layiq görülüblər.