Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb
25-27 iyun tarixlərində lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada təşkil edilən qəbul imtahanının nəticələri açıqlanıb.
Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə bildirilib ki, nəticələrin daha detallı təhlili zamanı uyğunsuzluqlar aşkar edilib, imtahan zallarındakı müşahidə kameralarının görüntülərinə, mərkəz rəhbərləri və sinif nəzarətçilərinin protokollarına, şagirdlərin cavab kartlarına baxılıb və yekun olaraq təxminən 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb.
Araşdırmanın aparılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunda müvafiq komissiya yaradılıb. Bu proses şagird və valideynlərin iştirakı ilə həyata keçiriləcək.




