Məktəb psixoloqları da sertifikasiyadan keçiriləcək
“Növbəti illərdə məktəb psixoloqları daxil olmaqla bütün pedoqoji heyətin sertifikasiyadan keçirilməsi planlaşdırılır”.
“Azərbaycan müəllimi” xeber verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün təşkil olunan brifinqdə deyib.
O qeyd edib ki, ilk olaraq pedaqoji heyətin 90 faizini əhatə edən müəllimlərin sertifikasiyadan keçirilməsi daha məntiqli idi:
“Müəllimlərin sertifikasiyası prosesi yekunlaşdıqdan sonra digər pedaqoji heyət də sertifikasiyaya cəlb olunacaq. Bura psixoloqlar da daxildir”.



