“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsinə yekun vurulub

18 İyun, 2026 - 12:30
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsinə yekun vurulub

İyunun 17-də Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Rəssamlıq Akademiyası və YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra olunan “Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsinin yekun tədbiri olaraq Milli Xalq Oyunları Festivalı keçirilib. Bakı Şəhər İcra Hakimiyyəti, “Azersun” Holdinq, Azərbaycan Milli İdman Növləri Assosiasiyası və Beynəlxalq Musiqi Tədris Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunan festivalda layihə iştirakçıları, müəllimlər, valideynlər və digər qonaqlar iştirak edib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, festivalın rəsmi hissəsində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova, Azərbaycan Rəssamlıq Akademiyasının Beynəlxalq əlaqələr, sərgilər və əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Afaq Hüseynova, “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva, YARAT Müasir İncəsənət Məkanının Təhsil departamentinin rəhbəri Aysel Abdullazadə, “Azersun” Holdinqin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov, İMEC – Beynəlxalq Musiqi Tədris Mərkəzinin təsisçisi və direktoru Cəmilə Əsgərova layihənin əhəmiyyətindən bəhs edərək uşaqların milli-mənəvi dəyərlərə bağlı, yaradıcı və fəal vətəndaşlar kimi formalaşmasında məktəbdənkənar fəaliyyətlərin rolunu vurğulayıblar. Çıxışlarda milli irsin qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyi xüsusi qeyd olunub. 

Daha sonra layihənin icrası müddətində fəallığı ilə seçilən müəllimlər xüsusi hədiyyələrlə təltif olunub, layihəyə cəlb olunan şagirdlərə sertifikatlar təqdim edilib.

Festival çərçivəsində iştirakçılar “Çiləmə”, “Dəyirman”, “Fincan-fincan”, “İç-çöl”, “Bənövşə”, “Gözbağlıca”, “Qodu-Qodu” və “Əl üstə kimin əli?” kimi milli xalq oyunlarında iştirak ediblər. Bununla yanaşı, festival ərazisində milli rəqs master-klassı, müxtəlif idman oyunları, rəsm guşələri, “face art” zonası, köpük şousu və animatorların iştirakı ilə əyləncəli proqramlar təşkil olunub. Festival iştirakçıları üçün Beynəlxalq Musiqi Tədris Mərkəzinin təqdimatında musiqili proqram da nümayiş etdirilib.

Tədbirin sonunda yarış formatında keçirilən oyunların qalibləri mükafatlandırılıb. Həmçinin festival çərçivəsində təşkil olunan master-klass və fəaliyyətlərin keçirilməsinə dəstək göstərən tərəfdaş qurumların nümayəndələrinə təşəkkürnamələr təqdim edilib.

Festivalın təşkilinə “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri yaxından dəstək göstəriblər.

Qeyd edək ki, festivalın keçirilməsində əsas məqsəd milli xalq oyunlarının təşviqi, yaşadılması və gələcək nəsillərə ötürülməsi, uşaqların milli-mədəni irsə marağının artırılması, eləcə də onların asudə vaxtlarının səmərəli təşkili və sosial bacarıqlarının inkişafına töhfə vermək olub. 