“Məktəblərarası pedaqoji təcrübə mübadiləsi” uğurla davam edir

19 İyun, 2026 - 17:42
“Məktəblərarası pedaqoji təcrübə mübadiləsi” uğurla davam edir

“Məktəblərarası pedaqoji təcrübə mübadiləsi” təşəbbüsü çərçivəsində növbəti tədbir akademik Zərifə Əliyeva adına liseydə həyata keçirilib. 

Tədbirdə Bakı, Sumqayıt, Mingəçevir, Lənkəran, Yevlax və digər regionlardan məktəb direktorları və müəllimlər iştirak ediblər. 

Görüş zamanı liseyin direktoru Fərqanə İsayeva, direktor müavinləri Nigar Axundova, Samirə Məsimova, Aynur Hüseynova, Zəka İbrahimov, liseyin psixoloqu Şəhla Əliyeva, uşaq birliyi təşkilati rəhbəri Fəridə Rizvanova və Şagird parlamentinin üzvləri təqdimatlarla çıxış ediblər.

"T-Network" platformasının rəhbəri Cəfər Mənsimi “Azərbaycan müəllimi”nə bildirib ki, əsas məqsəd məktəblərin pedaqoji yanaşmalarını, uğurlu təcrübələrini və özünəməxsus ənənələrini qarşılıqlı şəkildə öyrənmək və məktəblərarası əməkdaşlığı dəstəkləməkdir.

Liseyin direktoru Fərqanə İsayeva “Azərbaycan müəllimi”nə layihədən gözləntiləri olduğunu bildirib: “Ümid edirəm ki, müəllimlər dəyişikliyə özlərindən başlayacaqlar. Çünki insan dəyişikliyə özündən başlayarsa, nəticələri mütləq alacaq. Bu layihəyə qoşulanlar məhz özünü dəyişmək istəyənlərdir”.

Qeyd edək ki, təşəbbüs Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, "T-Network" tərəfdaşlığı və “Azərbaycan müəllimi” qəzetinin media dəstəyi ilə həyata keçirilir.

Təşəbbüs çərçivəsində hər dəfə bir məktəbdə görüşlərin təşkili planlaşdırılır.