Elm və təhsil naziri Cəbrayılda vətəndaşları qəbul edəcək

27 Noyabr, 2026 - 11:07
Elm və təhsil naziri Cəbrayılda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev dekabrın 14-də Cəbrayıl şəhərində vətəndaşları qəbul edəcək.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, qəbulda Cəbrayıl, Qubadlı və Zəngilan sakinləri iştirak edə bilərlər.  
 
Adları çəkilən şəhər və rayonların sakinləri 7 dekabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
 
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.