Məktəblərdə 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək

16 Yanvar, 2025 - 17:04
Məktəblərdə 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək
Məktəblərdə 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçiriləcək.

Bundan başqa, məktəblərdə müvafiq tədbirlərin, kitab, foto və rəsm sərgilərinin, ədəbi-bədii kompozisiyaların, "dəyirmi masa"ların təşkili nəzərdə tutulub.