Məktəblərdə geyim tələbləri ilə bağlı monitorinqlər davam edir

16 Oktyabr, 2026 - 10:54
Məktəblərdə geyim tələbləri ilə bağlı monitorinqlər davam edir

Dövlət ümumi təhsil müəssisələrində şagirdlər üçün müəyyən edilmiş geyim tələblərinə riayət olunması ilə bağlı monitorinqlər davam edir.

“Azərbaycan müəllimi” xəbər verir ki, monitorinqlər Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş tələblərin icra vəziyyətinin öyrənilməsi məqsədilə aparılır.

Geyim formasına dair tələblərə əməl etməyən şagirdlər dərsə buraxılmır. Həmin şagirdlərlə maarifləndirici söhbətlər aparılıb, onlara vahid məktəbli formasının mahiyyəti və müəyyən edilmiş geyim qaydalarına riayət olunmasının vacibliyi izah edilib.

Qeyd edək ki, təsdiq edilmiş məktəbli forması dəstinə qızlar üçün ətək, şalvar, qısaqol və uzunqol polo tipli köynəklər, önü bağlanılan cibli jaket, oğlanlar üçün isə şalvar, qısaqol və uzunqol polo tipli köynəklər, önü bağlanılan cibli jaket daxildir. Nazirlər Kabinetinin qərarına əsasən, geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmir. Valideynlər və ya digər qanuni nümayəndələr övladlarının geyim tələblərinə riayət etməsini təmin etməlidirlər. Bu tələblərə əməl olunması ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurası tərəfindən həll edilir.