Məktəblərdə mina təhlükəsi ilə bağlı maarifləndirici görüşlər keçirilib

4 May, 2026 - 15:48
Məktəblərdə mina təhlükəsi ilə bağlı maarifləndirici görüşlər keçirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq çərçivəsində məktəblərdə növbəti maarifləndirici görüşlər həyata keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Xıdırlı və Kəngərli, Xocalı rayonunun Ballıca və 1 saylı tam orta məktəblərində keçirilən maarifləndirici görüşlərdə ANAMA-nın mütəxəssisləri tərəfindən şagirdlərə mina və digər partlayıcı sursatların yaratdığı təhlükələr və əsas təhlükəsizlik qaydaları barədə məlumat verilib, maarifləndirici materiallar və videoçarx nümayiş edilib.

Görüşlərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə yaşayan və təhsil alan uşaqların təhlükəsizliyini təmin etmək, onların risklər barədə məlumatlılığını artırmaq və mina hadisələrinin qarşısının alınmasına töhfə verməkdir.