Bağça və məktəblərin məktəbəhazırlıq qruplarında yerlərin sayı artırılıb

11 Sentyabr, 2026 - 10:27
Bağça və məktəblərin məktəbəhazırlıq qruplarında yerlərin sayı artırılıb

"Məktəbəqədər təhsillə bağlı əsas hədəflərdən biri əhatəliliyinin artırılmasıdır".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. 

Onun sözlərinə görə, dövlət bağçalarında yerlərin sayı artırılıb:

"6 mindən çox yer əlavə edilib, yerlərin sayı 112 minə çatdırılıb. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında yerlərin sayı 85 mindən 104 minə çatdırılıb".

Direktor qeyd edib ki, məktəbəqədər təhsil sahəsində 1300 tərbiyəçi müəllim işə qəbul edilib. Həmçinin 12 min nəfərin bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi aparılıb".

E.Bağırov qeyd edib ki, məktəbəqədər təhsilin əhatə dairəsi həm də icma əsaslı qruplarla artırılır:

"Bu, dövlət bağçaları olmayan ucqar kəndlərdə, xüsusi tələbat olan ərazilərdə ümumi təhsil müəssisələrinin infrastrukturundan istifadə etməklə yaradılan imkandır. Burada yerlərin sayı 24 mindən 36 minə çatıb. Nəzərə almaq lazımdır ki, modellərdən biri son iki il ərzində tətbiq edilən valideyn-dövlət-özəl tərəfdaşlığıdır”.