“Məktəbli Kuboku” turnirinin final mərhələsi keçirilib

25 May, 2026 - 10:36
“Məktəbli Kuboku” turnirinin final mərhələsi keçirilib
AFFA ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “Məktəbli Kuboku” turnirinin final oyunları baş tutub.
"Azərbaycan müəllimi" xəbər verir ki, yarışların həlledici qarşılaşmaları Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilib.
Turnirdə 5-ci sinif qızlar, 5-ci və 7-ci sinif oğlanlardan ibarət komandalar mübarizə aparıblar. Final oyunları gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalıb.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması, komanda ruhunun formalaşdırılması və şagirdlərin asudə vaxtının səmərəli təşkilinə töhfə verməkdir.