“Məktəbli liqası”nın qalibləri bəlli olub

6 Fevral, 2026 - 13:11
“Məktəbli liqası”nın qalibləri bəlli olub

"Global Olympiad Center"in dəstəyi ilə Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Məktəbli liqası” başa çatıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, layihə çərçivəsində oktyabr ayından etibarən Bakı və bir sıra regionlarda məktəblilər arasında sinxron şəkildə mütəmadi oyunlar təşkil olunub. Layihə çərçivəsində ümumilikdə 70-dən artıq komanda final mərhələsinə vəsiqə uğrunda öz bilik və bacarıqlarını sınayıb. Paytaxt Bakı ilə yanaşı, oyunlar Quba, Qusar, Xaçmaz, Şəki, Balakən, Sabirabad, Saatlı və Beyləqan şəhərlərində həyata keçirilib.

Layihənin əsas məqsədi məktəblilər arasında intellektual oyunları təbliğ etmək, onların asudə vaxtını səmərəli təşkil etmək və gələcək üçün sağlam, düşünən gənclərin yetişməsinə töhfə verməkdir.

Keçirilmiş 3 seçim turunun yekunlarına görə, final mərhələsinə Bakı və regionlardan ümumilikdə 22 komanda vəsiqə qazanıb. 36 sualdan ibarət final turu gərgin və maraqlı intellektual mübarizə ilə yadda qalıb.

Turnirin yekun nəticələrinə əsasən “Məktəbli liqası”nın qalibləri:
 • I yer – “Vesper”
 • II yer – “El Rey”
 • III yer – “Zəkalar”
Region komandaları arasında isə:
 • I yer – Saatlı rayonunun “Birlik” komandası
 • II yer – Beyləqan rayonunun “Gəraylar” komandası
 • III yer – Xaçmazın “NanoTex” komandası qazanıb.

Qaliblər təşkilatçılar tərəfindən kubok, medal və digər dəyərli hədiyyələrlə mükafatlandırılıblar.