Məktəblilər COP29-da ekoaksiya keçiriblər

21 Noyabr, 2024 - 16:01

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) “EkoSfera” Sosial-Ekologiya Mərkəzi gənc eko-aktivistlərin iştirakı ilə ətraf mühitin qorunmasının əhəmiyyətini vurğulayan tədbir keçirib.

“Azərbaycan müəllimi” xəbər verir ki, aksiyanın məqsədi iqlim dəyişikliyinin qarşısını almaq və təsirini azaltmaq üçün əhali arasında məlumatlılığı artırmaqdır.

Tədbir zamanı uşaqlar ətraf mühit problemlərinə həll yollarını əks etdirən rəsmlərini nümayiş ediblər. Bu rəsmlərdə külək turbinləri, günəş panelləri kimi alternativ enerji mənbələri, həmçinin iqlim dəyişikliyi və plastik tullantıların heyvanlara təsiri kimi mövzular əks olunub.

Proqramda uşaqlar xor şəklində “Birlikdə dünyanı dəyişə bilərik” mahnısını ifa ediblər. Daha sonra Azərbaycan xalq rəqsi “Yallı” nümayiş olunub, “Qavaldaş” ritm qrupu milli musiqi alətlərində çıxış edib. Bu mədəni elementlər irsin, birliyin və ekoloji məsuliyyətin vacibliyini vurğulayıb.