Mətin Kərimli: "SABAH.city" dünyada unikal innovasiya təcrübəsinə çevriləcək
"SABAH.city" regionda və dünyada unikal innovasiya təcrübəsinə çevriləcək".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli IV “Maarifçi” tələbə-məzun forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, "SABAH.city" mühiti sənayeni, dövlət qurumlarını və startapları bir araya gətirən innovasiya şəhərciyidir:
“Bilməyənlər üçün bir daha təkrar edirəm ki, "SABAH.city" Azərbaycanda akademik mühiti, sənayeni, dövlət qurumlarını və startapları bir araya gətirən unikal innovasiya şəhərciyidir. Bu, ilk hekayənin başlanğıcıdır, sonu deyil".




