Metodik dəstəklə bağlı institusional sistem qurulur

6 Fevral, 2025 - 15:27
Metodik dəstəklə bağlı institusional sistem qurulur

Müasir metodiki xidmət modelinin mahiyyəti açıqlanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə məlumat verib. 

O qeyd edib ki, bu modelə uyğun olaraq, metodistlər 3 səviyyə üzrə fəaliyyət göstərəcək. Məktəb səviyyəli metodistlər metodist, region səviyyəli metodistlər aparıcı metodist, ölkə səviyyəli metodistlər baş metodist sayılacaq.

Əsas hədəflər məktəb daxilində təhsilverənlərin davamlı peşəkar inkişaf mexanizminin qurulması, təhsilverənlər üçün peşəkar inkişaf xəttinin yaradılması və ölkədə metodik dəstəklə bağlı institusional sistemin qurulmasıdır.

Metodik dəstəklə bağlı institusional sistem qurulur
Metodik dəstəklə bağlı institusional sistem qurulur