Millət vəkili "Təhsil" İstirahət Mərkəzində elm və təhsil işçiləri ilə görüşüb

17 Avqust, 2026 - 12:55
Millət vəkili "Təhsil" İstirahət Mərkəzində elm və təhsil işçiləri ilə görüşüb

Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin  tabeliyində fəaliyyət göstərən "Təhsil" İstirahət Mərkəzində olub.

“Azərbaycan müəllimi” xəbər verir ki, Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən mərkəzə baş çəkən deputat əvvəlcə ərazidə yaradılmış şərait, müasir korpus və kotteclər, açıq və qapalı hovuzlar, idman-fitnes kompleksi, habelə yeməkxana və sosial-məişət obyektləri ilə tanış olub.

Sonra M.Vəliyeva mərkəzdə dincələn elm və təhsil işçiləri ilə həmsöhbət olub,  onların istirahət şəraiti ilə maraqlanıb. Görüşdə millət vəkili həmkarlar ittifaqı üzvləri ilə fikir mübadiləsi aparıb.

Deputat, həmçinin AHİK və ETİHİ Respublika Komitəsinin təhsil işçilərinin keyfiyyətli istirahəti üçün yaratdığı imkanları xüsusi vurğulayaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. M.Vəliyeva gələcəkdə belə təşəbbüslərin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.