Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 Avqust, 2025 - 12:22
Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

Mingəçevir şəhər N.Nərimanov adına 1 nömrəli tam orta məktəbin 11 "B" sinfi yüksək nailiyyət əldə edib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, sinfin bütün şagirdləri – 16 nəfərin hamısı ali məktəblərə qəbul olunaraq tələbə adını qazanıb. Sinfin bütün məzunları qız olub.

Bu uğur məktəbin təhsil ənənələrinin, müəllimlərin zəhmətinin və şagirdlərin fədakar əməyi nəticəsində əldə olunub.

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu
Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu