MRİO-da 18 idman növündə yarışların keçirilməsini nəzərdə tuturuq - Emin Əmrullayev

24 İyun, 2026 - 16:06
MRİO-da 18 idman növündə yarışların keçirilməsini nəzərdə tuturuq

“Növbəti illərdə Məktəblilərin Respublika İdman Olimpiadası bir az da genişlənəcək və təkmilləşəcək”. 

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində basketbol yarışları zamanı elm və təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, artıq bir neçə gündür ki, 59 bölgədən 2 minə yaxın məktəbli 12 idman üzrə yarışa qoşulub:

“Planımız bundan ibarətdir ki, fənn olimpiadalarında olduğu kimi idman sahəsində də kütləviliyi təmin edə bilək. Növbəti il artıq həmkarlarımızla birlikdə 18 idman növündə yarışların keçirilməsini nəzərdə tuturuq”.