"Müasir metodist" müsabiqəsinin müsahibə mərhələsi BAŞLAYIR
ARTİ Metodik Dəstək Mərkəzi tərəfindən icra olunan “Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsi aprelin 13-də başlayır.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu mərhələ mayın 12-dək davam edəcək. Cavablar mayın son günlərində rayon təhsil şöbələrinə və namizədlərin telefon nömrələrinə SMS vasitəsilə göndəriləcək.
Müsahibə zamanı namizədlər aşağıdakı meyarlar üzrə dəyərləndiriləcək:
– Özünü təqdimetmə bacarığı
– Proqram üzrə dərs icmalının təqdimatı
– Metodiki və pedaqoji savadlılıq
– Ünsiyyət bacarığı
– Problem həlletmə bacarığı
– Əməkdaşlıq bacarığı
– Liderlik bacarığı
– Peşəkar inkişaf
Qeyd edək ki, ikinci meyar çərçivəsində namizədlər öz ixtisaslarına uyğun bir dərs planı hazırlamalı və onun planlaşdırılmasına dair əsaslandırılmış izah təqdim etməlidirlər.
-
NerminBakı11 gün əvvəlCavablaLike (0) -
Qedimova NogulSalam.Mən müsahibə mərhələsində iştirak etdim xeyirlisi ilə cavabimi gözləyirəm.Bu istiqamətdə görülən işlərə və layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. İnanıram ki, bu kimi layihələr müəllimlərin inkişafına mühüm töhfə verəcək. Eyni zamanda qeyd etmək istərdim ki, müəllim daim öz üzərində işləməli, axtarışda olmalı və yenilikləri izləyərək onları tədris prosesinə tətbiq etməlidir. Müasir dövrdə təhsilin keyfiyyəti birbaşa müəllimin inkişaf səviyyəsindən asılıdır.20 gün əvvəlCavablaLike (0) -
Əzizəİştirak etmək istəyirəm.1 ay əvvəlCavablaLike (0) -
KəmaləMüasir metodik yanaşmalar,tədris planlaşdırılması,müəllimlərlə effektiv əməkdaşlıq sahəsində özümü inkişaf etdirmək və təhsil sisteminə fayda vermək məqsədilə müraciət edirem.Bu vəzifədə öz bilik ve bacarıqlarımı inkişaf etdirərək faydalı əməkdaş olacagıma inanıram.1 ay əvvəlCavablaLike (0) -
ƏhmədovSalam, mən də iştirak etmək istəyirəm1 ay əvvəlCavablaLike (0)



