"Müəllimə hörmət ailədə aşılanmalıdır" – Millət vəkili
"Müəllimə hörmət ailədə aşılanmalıdır. Valideyn övladının bir sözü ilə dəqiqləşdirmədən, araşdırmadan məktəbə hücum edir, müəllimin saçını yolursa, bu, ayrıca müzakirə mövzusudur".
Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
O bildirib ki, bənzətmələr müxtəlif ola bilər, mən cəmiyyəti bir kitab rəfinə bənzədirəm, hər kitabın öz yeri var. Yerlər səhv düşəndə təsirini açıq şəkildə göstərir:
"Cəmiyyətdə əsas dirəklər var. Bəziləri – müəllim kimi vacib dirəklər qorunmalıdır, onların hörmətdən salınması xeyirdən çox ziyan gətirər. Bəzən düşünürəm ki, cəmiyyət olaraq müəllimlərə də çox yüklənirik. Yaxşı, ya da pis, savadlı, ya da savadı az insanlar bütün sahələrdə ola bilər. Ancaq bizim müəllimdən istəyimizin çox olması da təbiidir, çünki bütün peşə sahiblərini məhz onlar yetişdirir".



