Müəllimlərin ümumi dərs yükü artıb

10 İyul, 2025 - 11:12
Müəllimlərin ümumi dərs yükü artıb

“İbtidai sinif müəllimləri üzrə orta dərs yükü 2022–2023-cü illərdə 19 saat olduğu halda, 2024–2025-ci illərdə bu göstərici 20,6 saata yüksəlib”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma 2025: Peşəkar müəllim–keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan dili və ədəbiyyat fənni üzrə isə orta dərs yükü əvvəlki illərdə 20,4 saat təşkil etdiyi halda, bu il 21,5 saat olub: “Bu dəyişikliklər təhsildə keyfiyyətin yüksəldilməsi məqsədilə uğursuz nəticə göstərmiş müəllimlərin daha hazırlıqlı və peşəkar kadrlarla əvəzlənməsi ilə bağlıdır”.

Müəllimlərin ümumi dərs yükü artıb
Müəllimlərin ümumi dərs yükü artıb