Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirilib
3 avqust 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusu və Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə elektron formada 18, 20, 24, 27, 29, 30, 73 və 75-ci komissiyaya aid musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirilib.
DİM-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, imtahanda Bakıda 111, Naxçıvanda 3 abituriyent olmaqla, ümumilikdə 114 abituriyent iştirak edib.
Abituriyentlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin gün ərzində DİM-in saytında yerləşdiriləcək. Bakıda keçirilən imtahanda 105, Naxçıvanda isə 2 nəfər müvəffəqiyyət əldə edib.
İxtisaslar üzrə fənlərinin uyğunluğu və keçid balları burada təqdim edilib.
Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır.
Doğru cavablandırılan
tapşırıqların sayı
Qiymətləndirmə
(balla)
28-30
10
25-27
9
22-24
8
19-21
7
16-18
6
13-15
5
10-12
4
7-9
3
4-6
2
1-3
1
0
0



