Musiqi məktəblərinin müəllimləri attestasiyadan keçiriləcək

26 Fevral, 2025 - 13:12
Musiqi məktəblərinin müəllimləri attestasiyadan keçiriləcək

Bu ayın sonu musiqi məktəblərində çalışan pedaqoji heyətin, yəni müəllimlərin attestasiyası keçiriləcək.

“Azərbaycan müəllimi” APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, eyni zamanda, digər sahələrdə də attestasiyaların keçirilməsi planlaşdırılır.

Musiqi məktəblərinin müəllimləri attestasiyadan keçiriləcək
Musiqi məktəblərinin müəllimləri attestasiyadan keçiriləcək