Musiqi müəllimlərinin NƏZƏRİNƏ: sertifikasiya mövzuları açıqlanıb

30 Dekabr, 2025 - 09:50
Musiqi müəllimlərinin NƏZƏRİNƏ:

2026-cı ildə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə müəllimləri ilk dəfə sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.

“Azərbaycan müəllimi” sertifikatlaşdırmanın test mərhələsi üzrə qiymətləndirmə çərçivəsinə əsasən musiqi müəllimləri üçün imtahanda yer alacaq mövzuları təqdim edir.

Musiqi müəllimləri sertifikasiya imtahanında 6 məzmun sahəsi üzrə ümumilikdə 50 suala cavab verməli olacaqlar. Sualların məzmun sahələri üzrə bölgüsü aşağıdakı kimidir:

– Elementar musiqi nəzəriyyəsi – 8 sual

– Musiqi ədəbiyyatı – 22 sual

– Alətşünaslıq və ifa üslubları – 4 sual

– Səs, səs diapazonları və ifa üslubları – 6 sual

– Üslub və janrlar – 5 sual

– Xalq musiqisi – 5 sual

Məzmun sahələri üzrə mövzular

1. Elementar musiqi nəzəriyyəsi

– Ritm, tembr, temp və tempin növləri

– Lad, registr, melodiya, dinamika

– İntervallar, alterasiya işarələri, tonallıq, akkord

– Musiqi cümləsi və period

– Tetraxord, qamma, tonika, üçsəslilər, kadensiya

– Xromatizm və diatonika

– Notlar, pauza, not yazısının ixtisarları

– Stakkato, leqato, liqa, kreşendo, diminuendo

– Diyez və bemol qammaları

– Sadə və mürəkkəb ölçülər

– Volta, sinkopa, forşlaq, repriza, melizm

2. Musiqi ədəbiyyatı

– Azərbaycan bəstəkarları və onların yaradıcılığı

– Xarici bəstəkarlar və onların yaradıcılığı

3. Alətşünaslıq və ifa üslubları

– Xalq çalğı alətləri və ifa üslubları

– Simfonik orkestrin alətləri

– Kamera orkestrinin alətləri

– Simli alətlər orkestrinin alətləri

– Azərbaycan xalq çalğı alətləri orkestrinin alətləri

– Estrada orkestrinin alətləri

– Ansambl anlayışı

4. Səs, səs diapazonları və ifa üslubları

(kişi, qadın və uşaq səsləri)

– Kişi, qadın və uşaq səslərinin səs diapazonları

– Kişi, qadın və uşaq səslərinin ifa üslubları

5. Üslub və janrlar

– Opera, balet, simfoniya, operetta, konsert, xor

– Kantata, oratoriya, motet, madriqal, rekviyem

– Fuqa, tokkata, rondo, variasiya

– A kapella, romans, uvertüra, reçitativ

– Solo, duet, trio, kvartet, kvintet

– Mahnı, vokaliz, vokal silsilə, serenada

– Sonata, skerso, yumoreska, vals, etüd, menuet

– Noktürn, prelüd, ballada, süita, ariya, ariyetta və s.

6. Xalq musiqisi

(milli və digər xalqların musiqisi)

– Azərbaycan xalq mahnıları, xalq rəqsləri, muğamlar, aşıq yaradıcılığı

– Rus, ispan, alman, fransız, italyan, polyak, macar, ukrayna, belarus, özbək, tacik, hind, yapon, Çin və Kuba xalqlarının musiqisi