Naxçıvanda 2029-2030-cu tədris ili üçün proqnoz kadr hazırlığı ilə bağlı görüş keçirilib

25 Oktyabr, 2024 - 13:54

Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində Naxçıvan Müəllimlər İnstitutunun 2029-2030-cu tədris ili üçün proqnoz kadr hazırlığı ilə bağlı görüş keçirilib.

Nazirlikdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov və hər iki qurumun əməkdaşları iştirak ediblər.  

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən Müəllimlər İnstitutunda proqnoz ili üçün ümumtəhsil məktəblərində ehtiyac olan bəzi fənlər  üzrə ixtisaslarda qəbul planının artırılması, kadr ehtiyacının zəruri  olmadığı ixtisaslarda isə qəbul planının azaldılması,  müasir tələblərə uyğun olaraq kadrların dərsliklərdən və əlavə elektron tədris resurslarından istifadə bacarıqlarının artırılması və bir sıra təkliflər irəli sürülüb.